Müğənni Xatirə İslam son zamanlar təkcə mahnıları ilə deyil, həm də fərqli səhnə tərzi ilə diqqət çəkir.
Tribuna.az xəbər verir ki, uzun illərdir səhnədə özünəməxsus üslubu ilə seçilən sənətçi yeni görünüşü ilə izləyicilərin marağına səbəb olub. Xatirə İslam növbəti çıxışında seçdiyi geyim kombini ilə sosial şəbəkələrdə müzakirə yaradıb.
Müğənni ağ rəngli “oversize” köynəyi qara korset kəmərlə tamamlayaraq obrazına modern və iddialı toxunuş qatıb. Qara şalvar, fərqli dizayna malik çəkmələr və aksesuar seçimi isə onun səhnə stilini daha da ön plana çıxarıb.
Sənətçinin yenilənən imici və səhnə performansı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə çoxsaylı rəylər yazılıb.









