11 Aprel tarixində Xankəndində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat
fakültəsində “Karabakh Training Center” və “World” Təhsil və İnkişaf
Platformasının birgə təşkilatçılığı ilə “VətəndəSən” adlı təhsil forumu reallaşıb.
Tribuna.az xəbər verir ki, forumda 150-dən çox təhsil işçisi, sahibkar, dövlət və özəl qurumların
nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Forumun panel müzakirələrində Dövlət Vergi Xidməti və Dövlət Məşğulluq
Agentliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan vergi
güzəştləri, sosial sığorta stimulları və məşğulluq proqramları haqqında geniş
məlumat veriblər. Forumun rəqəmsal tərəfdaşı “Rabitəbank”ın nümayəndəsi isə
sahibkarlar üçün təklif olunan xüsusi xidmətləri təqdim edib.
Forum regiondakı quruculuq prosesinə töhfə verən bir çox qurumun dəstəyi ilə baş
tutub:
* Rəsmi tərəfdaş: KOBİA
* Rəqəmsal tərəfdaş : Rabitəbank
* Mədəni irsi tərəfdaş: “Qadınların İnkişafına və Maarifləndirməsinə Dəstək”
İctimai Birliyi
* Baş və Xüsusi sponsorlar: Positive Psixologiya Mərkəzi və ID Tech Academy
* Sponsorlar: Karabakh Eco Tour, Cahan Hotel, Kübar Restoranı, Able Kids uşaq
bağçası, Shams Translation, Palitra Çap Mərkəzi , Fiday Uşaq İnkişaf Mərkəzi,
Xankəndi Ticarət Mərkəzi və Seledu Academy
* Media tərəfdaşları: Elegant Media və Adalia media agentliyi
Ümumilikdə 10 məruzəçinin çıxış etdiyi forum gənclər və iş dünyası arasında
səmərəli şəbəkələşmə (networking) ilə yekunlaşıb.
11 Aprel tarixi Qarabağda keçirilən Təhsil işçilərinin forumu regionda Təhsilin
inkişafı, bu sahədə sahibkarlığın təşviqi və yenidən canlanmanın stimullaşdırılması
üçün əhəmiyyətli tədbir olmaqla yadda qaldı. Forum üçün Bakıdan Qarabağa
gəlmiş 100 ə yaxın təhsil və maariflənmə sahəsində fəaliyyət göstərən qonaqlar 2
ci gün Şuşa şəhərinə səfər edərək xatirə şəkilləri çəkdirib və şəhərin abidələri,
məşhur yerləri ilə bələdçilər tərəfindən məlumatlandırılaraq yaxından tanış
olublar.
Sənan Məmmədli













