XANKƏNDİ TƏLXƏKLƏRİ ÜÇÜN “TOY” HƏLƏ QABAQDADIR – ANALİTİK

XANKƏNDİ TƏLXƏKLƏRİ ÜÇÜN “TOY” HƏLƏ QABAQDADIR – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Moskvanın danışıqlar prosesindən çıxarılması üçün yaxşı imkan formalaşdırdı.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov bildirib. O qeyd edib ki, gedişatdan o qənaətə gəlmək olar ki, İrəvan Bakı ilə birbaşa danışıqlara gedəcək:

“Separatçılar üçün Xankəndidə “toy” hələ qabaqdadır. Onları heç də yaxşı şey gözləmir. Öz xoşları ilə getsələr, hesab edirəm ki, onlar üçün daha yaxşı olar. Yeganə çıxış yolları o torpaqları tərk etmələridir.

Nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycandan Ermənistana keçidin əsasını qoyacaq. Mən deyərdim, proseslər hələ indi başlayır. Yeni və növbəti mərhələyə başlamışıq”.