Tehran Universitetinin professoru və Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazemi növbəti dəfə sərsəmləyib.
Tribuna.az xəbər verir ki, o, “İran Diplomatiyası” saytında dərc etdiyi məqaləsində Çaldıran döyüşü barədə tarixi faktları təhrif edib.
Kazemi bildirib ki, 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş Çaldıran döyüşü guya, “İranın milli kimliyinin və vətənpərvərliyinin” formalaşmasıdır.
Onun iddiasına görə, guya, Azərbaycan türkləri heç vaxt İran kimliyindən kənar olmayıblar. “Onlar İran kimliyinin tərkib hissəsidir. Çaldıran döyüşü də bu konteksdə İran tarixində xarici qüvvələrə qarşı müqavimətin və İran kimliyinin möhkəmlənməsinin simvolu kimi təqdim edilməlidir”.
Fərda Uğur









