Nəriman Axundzadə 10 ay sonra qol vurdu – Video

Nəriman Axundzadə 10 ay sonra qol vurdu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub.

Tribuna.az xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib.

Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib.

Nəriman Axundzadə sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la matçda fərqlənmişdi. Həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən futbolçu 5:1 qalib gəldikləri matçda rəqib qapısına yol tapmışdı.

Qeyd edək ki, U-21 milli komandamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya 2:5 hesabı ilə uduzub.