Sentyabr ayında Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı 12 hadisə qeydə alınıb
Sentyabr ayında Azərbaycanda qadınlara qarşı zorakılıq və qadınların iştirakı ilə baş verən ağır cinayətlərlə bağlı bir sıra hadisələr qeydə alınıb.
Tribuna.az xəbər verir ki, vəkil Zibeydə Sadıqova sosial şəbəkə hesabında sentyabr ayında baş verən belə hadisələrin siyahısını paylaşıb.

Paylaşımdan məlum olub ki, sentyabr ayında çox sayda qadın şiddətə məruz qalıb:
“Sentyabrın 2-də Bakıda 32 yaşlı S.Qurbanova qardaşı tərəfindən bıçaqlanıb.
Sentyabrın 9-da Samux rayonunda 39 yaşlı S.Abbasovanın qardaşı tərəfindən bıçaqlanıb, həmin gün Bakıda 15 yaşlı F.Fərəcli itkin düşüb.
Sentyabrın 18-də Bakıda 45 yaşlı D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Həmin gün bir qadın autizmli uşağının və digər şəxslərin gözü qarşısında əri tərəfindən marketdə döyülüb.
Sentyabrın 20-də Göygöl rayonunda 38 yaşlı Mehriban Quliyeva əri tərəfindən bıçaqlanaraq öldürülüb.
Sentyabrın 23-də Qusar rayonunda 50 yaşlı Səadət Həsənova tanışı K.Seyidov tərəfindən qısqanclıq zəminində öldürülüb.
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 53 yaşlı Adilə Ağayeva əri, 49 yaşlı Ruhiyə Quliyeva isə bacısının əri tərəfindən bıçaqlanın.
Sentyabrın 28-də Bakıda Mədinə Soltanova əri tərəfindən bıçaqlanaraq öldürülüb.
Sentyabrın 30-da isə Bakıda 40 yaşlı, dörd uşaq anası Esmira Ağalarova əri tərəfindən boğularaq öldürülüb”.
Vəkilin paylaşdığı siyahıda sentyabr ayı ərzində Azərbaycanda qadınlarla bağlı 12 ağır hadisənin baş verdiyi məlum olub.
Gülşən Rəsul









