İran valyutası dibə vurur: 1 dollar 2 milyon 600 min riala çatıb

İran valyutası dibə vurur: 1 dollar 2 milyon 600 min riala çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda devalivasiya artıq günlük normaya çevrilib.

Tribuna.az xəbər verir ki, son bir-neçə gündə yerli valyuta dollar qarşısında xeyli ucuzlaşıb.

Belə ki, bir həftə öncə 1 dollar 239 min tümən idisə, hazırda bu rəqəm 260 min tümənə qədər yüksəlib. Yerli ekspertlər isə qeyd edilər ki, prosesin yaxın zamanda dayanması qeyri-mümkündür.

Qeyd edək ki, dolların bahalaşması əsas malların da sürətli şəkildə bahalaşmasına gətirib çıxarıb. İran iqtisadçılarının fikrincə, hazırda normal bir ailənin bir aylıq dolanışığı üçün minimum 100 milyon tümən pul lazımdır.

Fərda Uğur