“Forsaj” seriala çevrilir: məşhur franşizanın yeni layihəsi hazırlanır

“Forsaj” seriala çevrilir: məşhur franşizanın yeni layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az verir ki, məşhur “Forsaj” (“Fast & Furious”) film franşizası əsasında yeni televiziya serialı hazırlanır. Layihəyə “Peacock” platforması tərəfindən rəsmi olaraq yaşıl işıq verilib.

Serialın icraçı prodüserləri arasında franşizada Dominik Toretto obrazını canlandıran Vin Dizel, həmçinin Sem Vinsent, Nil H. Morits, Pavun Şetti, Ceff Kirşenbaum və Kris Morqan yer alacaq.

May ayında “Forsaj” serialının hazırlandığını açıqlayan Vin Dizelin layihədə aktyor kimi iştirak edib-etməyəcəyi isə hələ dəqiqləşdirilməyib.

Mayk Deniels və Vulf Koulman serialın həmmüəllifləri və şou rəhbərləri olacaq. Onlar həmçinin pilot bölümün ssenarisini yazacaqlar.

“Peacock” serialın premyerasını 2028-ci ildə keçirməyi planlaşdırır. Bu tarix franşizanın növbəti filmi olan “Fast Forever” ilə də üst-üstə düşəcək. Filmin 17 mart 2028-ci ildə kinoteatrlarda nümayiş olunması nəzərdə tutulur.

“Forsaj” franşizasının televiziya tarixində daha əvvəl də layihəsi olub. “Fast & Furious Spy Racers” adlı animasiya serialı “Netflix” platformasında 2019–2021-ci illər ərzində altı mövsüm yayımlanıb.

İmran Kərimli