Məmurların maaşlarının artması problem deyil – problem əhalinin gəlirlərinin az olmasıdır, etiraz doğuran məsələ budur.
Tribuna.az xəbər verir ki, bu barədə Real Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, əhali varlanmalıdır:
“Hökumətin əsas hədəfi əhalinin varlanması olmalıdır – hədəf səhv seçilib. İndi hökumət büdcənin dolmasını əsas məqsəd sayır.
Halbuki, bu məqsəd ola bilməz – əhali varlansa, biznes inkişaf etsə zatən büdcəyə daha çox vəsait daxil olacaq.
İndiki vergi-rüsum-lisenziya-cərimə-qadağa siyasəti, “qızıl yumurtlayan toyuqları kəsmək” yanaşmasıdır.
Bir müddət sonra büdcə də dolmayacaq, insanlar da dolana bilməyəcək, iqtisadiyyat isə “başı kəsilmiş toyuq”, kimi çırpınacaq”.
Gülşən Rəsul









