İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin Mənzilabad bölgəsində SEPAH hərbçiləri ilə silahlı dəstələr arasında daha bir toqquşma baş verib.
Tribuna.az xəbər verir ki, atışma 4 saat davam edib.
Bu zaman yarıağır, eləcə də ağır silahlardan, o cümlədən RPG və minaatanlardan istifadə edilib. Nəticədə qəsəbədə xeyli ev dağıdılıb. Atışmada bir neçə nəfərin öldürüldüyü bildirilir.
Fərda Uğur









