“Olimp hospital”da əməliyyat olunan 44 yaşlı kişi vəfat etdi

“Olimp hospital”da əməliyyat olunan 44 yaşlı kişi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən “Olimp Hospital”da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.

Tribuna.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub.

Xəstəxanada onun səhhətinin norrmallaşdığı bildirilərək evə buraxılıb. Şəmkirə gedən 44 yaşlı şəxs orada özünü pis hiss edib və yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin az sonra o vəfat edib.

İqtisadiyyat.az məsələ ilə bağlı “Olimp Hospital”ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlasa da, heç bir cavab verilməyib.

TƏBİB-dən isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-da saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Bildirilib ki, ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-da saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb.