İranda mövcud rejim hicab məsələsini yenidən qabartmağa başlayıb.
Tribuna.az xəbər verir ki, ötən gün İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei baş prokuror və digər məhkəmə rəsmilərinə ölkədə “çılpaqlıq vəziyyəti” adlandırdığı hallarla qətiyyətli və planlı şəkildə mübarizə aparmağı tapşırıb.
Ejei bildirib ki, bu məsələdə “hay-küylərdən qorxmaq lazım deyil”. O, İran prezidentinin də hicab taxmayanlarla mübarizəni dəstəklədiyini və parlamentin bu məsələdə razı olduğunu deyib.
Xatırladaq ki, 3 il öncə məhz hicab məsələsi səbəbindən İranda iğtişaşlar baş qaldırmışdı. Həmin hadisələrdən sonra rejim geri çəkilərək, məsələdə insanlara sərbəstlik vermişdi.
Yerli müşahidəçilər isə qeyd edirlər ki, əgər Iran hakimiyyəti növbəti dəfə hicab böhranına səbəb olarsa, prosesin qarşısını almaq xeyli çətin olacaq.
Fərda Uğur









