İqtisadçı: “Ermənistan TRİPP-dən ildə 10 milyon dollar qazanacaq”

İqtisadçı: “Ermənistan TRİPP-dən ildə 10 milyon dollar qazanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədə həyata keçirilən TRİPP layihəsinin Cənubi Qafqazın iki ölkədi üçün ciddi nəticələr verəcəyi bildidirlir.

Tribuna.az xəbər verir ki, Azərbaycan və Ermənistanın əsas oyunçusu olduğu layihə ilə bağlı ABŞ tərəfi də ciddi ümidlər vəd edib.

Lakin erməni iqtisadçı Hrant Mikaelyan hesab edir ki, deyilənlərlə reallıq arasında ciddi fərq var. O qeyd edib ki, TRIPP Ermənistana heç bir fayda verə bilməz. Onun sözlərinə görə, iqtisadi fayda barədə isə danışmaq üçün çox tezdir.

Mikaelyan vurğulayıb ki, Azərbaycanın layihədə xüsusi hüquqlar alması planlaşdırılır. “Buna görə də bu yol yalnız Azərbaycan və Türkiyəyə xidmət edəcək”.

Erməni iqtisadçının hesablamalarına görə, bu layihə iqtisadi baxımdan Ermənistanın blokadasını gücləndirilməsinə səbəb olacaq. “Çünki Türkiyə TRIPP-i birləşdirmək üçün Qars-İğdır-Naxçıvan dəmir yolunu tikməyə başlayacaq. Nəticə etibarilə, bu, Ermənistanın dövriyyəsi ilə deyil, Ermənistan Respublikasının ərazisindən keçəcək, lakin xüsusi şərtlər altında Azərbaycan və Türkiyənin olacaq”.

Mikaelyan daha sonra bildirib ki, TRIPP əhəmiyyətli dərəcədə geri çəkilmənin, müstəqilliyin itirilməsinin və Azərbaycan tərəfindən yaradılacaq yeni çətinliklərin qarantiyası olacaq.

İqtisadçı sonda Ermənistanın bu layihədən nə qədər qazanacağı barədə də fikirlərini bölüşüb. “TRIPP-dən Ermənistan üçün dövriyyədən əldə edilən gəlir 10 milyon dollara çata bilər ki, bu da iri bir mağazanın illik dövriyyəsinə bərabərdir”.

Fərda Uğur