ABŞ-da müsadirə edilən rusiyalı iş adamının vəsaitləri Ukraynaya yönəldilib

ABŞ-da müsadirə edilən rusiyalı iş adamının vəsaitləri Ukraynaya yönəldilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi ABŞ-ın rusiyalı iş adamı Konstantin Malofeyevin hesablarındakı vəsaitləri müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə yönəltdiyini iddia edir.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, Malofeyevin müraciəti əsasında vəsaitlərin mənimsənilməsi və onların Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində istifadəsi ilə bağlı cinayət işi açılıb.

Petrenko bildirib ki, ABŞ hakimiyyətinin qərarı ilə Malofeyevin ABŞ-dakı maliyyə qurumlarında saxlanılan vəsaitlərinə həbs qoyulub. Rusiya tərəfi bu addımı qanunsuz hesab edir.

İstintaq Komitəsi hadisənin bütün hallarını və ABŞ dövlət qurumlarında bu qərarların qəbulunda iştirak edən vəzifəli şəxsləri müəyyənləşdirdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Malofeyevlə əlaqəli təxminən 5,4 milyon dolların müsadirə edildiyini və vəsaitin Ukraynaya yardım məqsədilə Dövlət Departamentinə köçürüldüyünü açıqlamışdı.

İmran Kərimli