VALİDEYNLƏRİN DİQQƏTİNƏ… AYAQLAYIN GƏZƏN UŞAQLAR…

VALİDEYNLƏRİN DİQQƏTİNƏ… AYAQLAYIN GƏZƏN UŞAQLAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Körpəlikdən ayaqyalın gəzməyə alışmış uşaqlarda 6-10 yaşında əqli, zehni və fiziki inkişaf göstəricilərinin yüksək olduğu sübut olunub.

Tribuna.az yazır ki, professor Astrid Zexin rəhbərliyi ilə aparılan araşdırma nəticəsində bu qənaətə gəlinib.
Təcrübəyə 810 uşaq cəlb olunub. Uşaqlar müxtəlif ölkələrdən olublar. Afrikadan və Almaniyadan. Afrikada olan uşaqlar 6-7 yaşa kimi daha çox ayaqyalın gəzən uşaqlardır. Almaniyadan olanlar isə elə 1 yaşından ayaqabbıya öyrəşib.

Uşaqlar testlərdən keçilir, onların həm ayaqyalın, həm də ayaqqabı ilə bəzi hərəkətləri incələnir. Testlər göstərib ki, ayaqyalın gəzmiş uşaqlar qaçma, hündürlükdən tullanma zamanı balansı daha yaxşı qoruya bilirlər. Daha çox 6-10 yaşlı uşaqlarda bu aktivlik müşahidə olunub.

Uzağa qaçış təcrübəsində isə hər iki qurp eyni nəticə göstərib. Lakin afrikalı uşaqlar açıq havada ayaqyalın qaçış zamanı yüksək nəticə göstəriblər.

Mütəxəssislər, bu araşdırma ilə valideynlərə uşaqlara evdə ayaqyalın gəzməyə daha çox imkan verilməsini məsləhət görür. Bildirilib ki, uşağın ayaqyalın gəzməsindən narahat olmaq lazım deyil. Əksinə, evdə, təbiətdə, daşda, qumluqda, ən müxtəlif səthlərdə uşağın ayaqyalın gəzməsinə şərait yaratmaq lazımdır.