Ukrayna Milli Bankı hərbi vəziyyətin tətbiqi ilə əlaqədar bank sisteminin necə işləyəcəyini açıqlayıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, əhalinin həyatı və sağlamlığı üçün təhlükə olmadığı halda banklar fasiləsiz iş rejimində fəaliyyət göstərəcək. Seyf qutularına giriş də təmin olunub, nağdsız ödənişlərə hələ ki, heç bir məhdudiyyət yoxdur və banklar nağd pulla dəstəklənir.
Müvafiq qərar həmçinin 2022-ci il fevralın 24-dən müvəqqəti məhdudiyyətlərin tətbiqini, xüsusən də müştərilər tərəfindən xarici valyuta satışı istisna olmaqla, Ukraynanın valyuta bazarının dayandırılmasını nəzərdə tutur.









