“EASYDRİLL”in 1,8 milyon manat vergi borcu var – Məhkəmə qərarı

“EASYDRİLL”in 1,8 milyon manat vergi borcu var – Məhkəmə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“EASYDRİLL” Məhdud Məsuliyyətli Cəmiyyəti 1500 manat cərimələnib.

Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət məcburi auditdən yayınmaqda təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditi aparılmayıb.

Şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 500 manat olan “EASYDRİLL” MMC-nin qanuni təmsilçisi Əsədov Elad Eyvaz oğludur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 801 142,73 manat vergi borcu olduğu bildirilir.