Azərbaycanda ətin bahalaşmasının səbəbləri arasında yem, yanacaq və logistika xərclərinin artması da göstərilir.
Bəs bu amillər ətin son qiymətinə neçə faiz təsir edir?
Tribuna.az xəbər verir ki, İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yem qiymətlərinin, logistika və daşınma xərclərinin artması ətin qiymətinə təsir göstərir.
Onun sözlərinə görə, xüsusilə dizel yanacağının qiyməti burada mühüm amillərdən biridir:
“Yemin yetişdirilməsi, yığılması və daşınması, həmçinin mal-qaranın kəsim məntəqələrindən şəhər mərkəzinə çatdırılması ilə bağlı xərclər ətin qiymətinə təsir göstərir”.
İqtisadçı vurğulayıb ki, bununla yanaşı, əsas problemlərdən biri Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının kəskin azalmasıdır:
“Son beş ildə iribuynuzlu mal-qaranın, eləcə də qoyun və keçilərin sayının azalması ət qiymətlərinin artmasına daha ciddi təsir göstərən amillərdəndir”.









