“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb”.
Bu barədə Tribuna.az-a AQTA-dan məlumat verilib.
İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.














