“Taliban” terrorçuları Əfqanıstanın şimalında içərisində təxminən 150 sərnişinin olduğu üç avtobusu qaçırıblar.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, hadisə Kunduz əyalətinin Xan Abad bölgəsində baş verib.
Ordu və təhlükəsizlik qüvvələri girov götürülən sərnişinlərin azad olunması üçün əməliyyata başlayıb.
Hadisə barədə əlavə məlumat yayılmayıb.









