Türkiyənin ən tanınmış alimlərindən biri olan professor Dr. Cəlal Şengörün bu yaxınlarda yaşadığı fiziki dəyişiklik diqqəti cəlb edib.
Bu əlamətdar arıqlamanın arxasındakı sirr Fatih Altaylının proqramında açıqlanıb.
Məşhur geoloq ilk dəfə olaraq bu əhəmiyyətli dəyişikliyin dərmanlara borclu olduğunu etiraf edib.

Yaxın dostu Şengörün verilişində daha formada göründüyünü görən Fatih Altaylı onu yumoristik şəkildə ələ salmaqdan özünü saxlaya bilməyib. Altaylı “Xarizmanın 50%-ni itirdiyini bilirsən, elə deyilmi? Artıq o kiloları itirdiyin üçün arıq bir alim oldun” deyərək studiyada təbəssüm yaradıb.
Proqram zamanı Altaylı “Neçə kilo arıqladınız?” deyə soruşduqda, Şengör uğurunu “Düz 50 kilo arıqladım” deyərək bölüşdü. Bu prosesin son zamanlar populyarlaşan arıqlama dərmanları sayəsində baş verdiyi ortaya çıxıb.










