BDU-da yeni dövr: “Məleykə Abbaszadə komandası ilə gəlir”

BDU-da yeni dövr: “Məleykə Abbaszadə komandası ilə gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin rektoru dəyişdi. Elçin Babayev vəzifədən azad edildi, yerinə BDU-nun 107 illik tarixində ilk qadın rektor Məleykə Abbaszadə təyin olundu. Belə təyinatlar adətən tək başına gəlmir. Fikrimcə, BDU-da yaxın günlərdə kadr dəyişiklikləri, strukturda yenidənqurma və bir sıra müvafiq vəzifələrdə yeniləşmə gözləməliyik.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Əmrah Həsənli bildirib. O qeyd edib ki, yeni rəhbər komanda ilə gəlir, bu da təbiidir:

“Mənə görə, işə mətbuatdan başlasalar daha yaxşı olar. Çünki BDU mənim üçün hər zaman mətbuata qapalı universitet obrazı yaratdı.

Problem yaşananda da, ictimaiyyəti maraqlandıran hər hansı hadisə olanda da cəmiyyətlə açıq danışmadı, suallar cavabsız qaldı.

Dövlətin ən böyük, ən nüfuzlu universiteti belə davranmamalıdır.

Ona görə də gözləntim budur: Məleykə xanım mətbuatla işi yenidən qursun. Mətbuat katibi vəzifəsinə peşəkar, jurnalistlə dil tapan, sualdan qaçmayan bir insan gətirilsin. Nəzərə alsaq ki, Məleykə xanım əvvəlki iş yerində, DİM-də mətbuat katibi ilə işləmişdi, burada da oxşar komanda qura bilər. Bunu proqnoz kimi deyirəm.

Görək, BDU-da “açıq qapı” dövrü başlayacaqmı?”.

Nigar İxtiyarqızı