Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq rifahı və inkişafı şöbəsinə yeni təyinat olub.
Tribuna.az xəbər verir ki, MÜTDA-nın direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Sarif qızı Abdullayeva şöbə müdiri təyin edilib.
İlhamə Abdullayeva müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim, direktor müavini vəzifələrində çalışıb. Həmçinin o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri, müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərib.
2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən yeni təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.









