Tanınmış aktyorumuzun məzarı görün nə hala düşüb – FOTO

Tanınmış aktyorumuzun məzarı görün nə hala düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda ürəkağrıdıcı mənzərə ortaya çıxıb. Vaxtilə Azərbaycan teatr və kino səhnəsində özünəməxsus dəsti-xətti ilə seçilən, tamaşaçıların yaddaşında iz qoyan Əməkdar artist Məmməd Sadıqovun məzarı bu gün baxımsız vəziyyətdədir.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Elçin Şıxəliyev paylaşım edib. Onun sözlərinə görə, sənətkarın məzarının sinə daşı yoxdur, ətrafı isə tamamilə ot basıb. Daha narahatedici məqam isə baş daşının üzərindəki yazıların silinməsi və artıq oxunmaz hala düşməsidir. Paylaşım müəllifi qeyd edir ki, aktyorun məzarını ziyarət edən də demək olar ki, yoxdur.

Qeyd edək ki, Məmməd Əhməd oğlu Sadıqov 1913-cü il mayın 2-də Bakıda anadan olub. Gənc yaşlarında təhsilini yarımçıq qoyaraq sənət yolunu seçən aktyor 1930-cu illərin əvvəlində Bakı İşçi Teatrında fəaliyyətə başlayıb. 1933-cü ildən isə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasında çalışıb. Onun səhnədə ilk rolu 1905-ci ildə əsərində Karapet obrazı olub.

Məmməd Sadıqov yaradıcılığı boyu 50-yə yaxın film və tamaşada çıxış edib, xüsusilə komik rolların mahir ifaçısı kimi yadda qalıb. O, “Bəxtiyar”, “Sehirli xalat”, “Bizim Cəbiş müəllim” kimi ekran əsərlərində rol alaraq geniş tamaşaçı sevgisi qazanıb.

Maraqlı faktlardan biri də odur ki, “Qaynana” filmində Məşədi Kazım obrazının yaradılmasında aktyorun fotoşəklindən istifadə olunub və bu, ekran əsərinə xüsusi rəng qatıb.Musavat.com