Sürücülərə XƏBƏRDARLIQ – Sürət həddini aşmağa görə cərimələr 300 AZN-ə qədər artırılır

Sürücülərə XƏBƏRDARLIQ – Sürət həddini aşmağa görə cərimələr 300 AZN-ə qədər artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Tribuna.az “report”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.