Sumqayıtda detektiv yazıçı Elbrus Kəlbiyevlə görüş olacaq

Sumqayıtda detektiv yazıçı Elbrus Kəlbiyevlə görüş olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 26-da, saat 11:00-da Sumqayıt şəhər Poeziya evində (Heydər Əliyev Parkında) detektiv yazıçı Elbrus Kəlbiyev ilə görüş keçiriləcək.

Görüşdə yazıçının əsərlərinin müzakirəsi, son kitabı olan “Heroqliflərin sirri” romanının təqdimatı və imza saatı nəzərdə tutulub, həmçinin yazıçı oxucuların suallarını cavablandıracaq.

Hər dəfə olduğu kimi bu görüşündə də  yazıçıdan oxuculara kitab hədiyyələri də olacaq!

Giriş sərbəstdir. Elbrus Kəlbiyevin yaradıcılığı ilə maraqlanan dedektiv sevərlər , ümumiyyətlə, ədəbiyyatsevərlər tədbirə dəvətlidir.