Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı

Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ üçün İranla münaqişədə qələbə Tehranın nüvə silahı yaratmaq üçün maliyyə və texnoloji imkanlardan birdəfəlik məhrum edilməsindən ibarət olacaq.

Tribuna.az  bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Federalist Cəmiyyətində çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Düşünürəm ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir. Bu isə o deməkdir ki, onların bunun üçün nə pulu, nə də avadanlığı olmalıdır”, – Rubio deyib.

Dövlət katibi ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin artıq ciddi nəticələr verdiyini iddia edib.

“Hazırda bu rejimə vurduğumuz iqtisadi zərər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac yoxdur. Çünki biz onları çox ciddi şəkildə zəiflətmişik”, – o vurğulayıb.