Sabirabdda ölümə səbəb olan körpü bərbad halda – FOTO

Sabirabdda ölümə səbəb olan körpü bərbad halda – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunun Sərxanbəyli kəndində təxminən bir il əvvəl uçan körpü hələ də bərpa edilməyib.

Bu barədə Tribuna.az-a məlumat verən sakinlər bildirib ki, körpünün uçması nəticəsində 1 nəfər həyatını itirmişdi. Buna baxmayaraq, hələ də problemi həll etməyə çalışmırlar.

Kənd sakinləri bildirib ki, körpünün bərpa olunmaması səbəbindən kəndə giriş-çıxış ciddi şəkildə çətinləşib, alternativ piyada keçidi isə qəzalı vəziyyətdədir.

Onların sözlərinə görə, bu vəziyyət gündəlik hərəkəti və təhlükəsizliyi ciddi risk altında qoyur.

Sakinlər problemlə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə dədələrlə müraciət ünvanladıqlarını bildiriblər.

İddiaya görə şikayət üçün rayon icra hakimiyyətinə üz tutan vətəndaşlar qəbul edilmir və onlar geri qaytarılır.

Sözügedən iddialarla bağlı Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşəm Rəsul