Rostovda fövqəladə vəziyyət elan edildi

Rostovda fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbasdan gələn qaçqınların artması səbəbindən Rusiyanın Rostov vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev bildirib.

“Gələn vətəndaşların sayının artması tendensiyasını nəzərə alaraq, biz 19 fevral saat 10:00-dan fövqəladə vəziyyət rejimini tətbiq etməyi məqsədəuyğun hesab edirik”, – deyə o qeyd edib.