“Real” İspaniya çempionatına qələbə ilə başlayıb – VİDEO

“Real” İspaniya çempionatına qələbə ilə başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madridin “Real” klubu futbol üzrə İspaniya çempionatının 2018/19-cu illər mövsümünun I tur oyununda “Xetafe”ni qəbul edib.

TİA.AZ  xəbər verir ki, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi Daniel Karvaxal olub. Komandanın ikinci qolunu hücumçu Qaret Beyl vurub.

Ötən il “Real” çempionatı Zinəddin Zidanın rəhbərliyi altında 3-cü yerdə bitirib. Birinci yeri “Barselona” tutub.

İspaniya Primerosu, I tur

“Real” – “Xetafe” – 2:0

Qollar: 1:0 – Karvaxal – 20, 2:0 – Beyl – 51