RASİM BALAYEV YUBİLEY PLANLARINDAN TRİBUNAİNFO.AZ-A DANIŞDI: HEÇ BİR RƏSMİ…

RASİM BALAYEV YUBİLEY PLANLARINDAN TRİBUNAİNFO.AZ-A DANIŞDI: HEÇ BİR RƏSMİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim 75 yaşım avqust ayında olacaq. Bakı Musiqi Akademiyasının Opera studiyasında keçiriləcək tədbir isə tamaşaçılarla görüşdür. Nə yubiley tədbiridir, nə də yaradıcılıq gecəsi. Tamaşaçılarla görüşəcəyik sadəcə.

Bu sözləri Tribuna.az-a Azərbaycanın xalq artisti Rasim Balayev 7 və 27 may tarixlərində keçiriləcək tədbirlərlə bağlı danışarkən deyib.

O bildirib ki, keçiriləcək tədbir 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi kimi təqdim edilsə də, bu adi görüşdür:

“Mən yubileyimə hazırlaşmıram heç. Belə geniş keçirilməsini də istəmirəm. Mənim 75 yaşım avqust ayında olacaq. Haqqında məlumat yayılan tədbir isə may ayındadır və tamaşaçılarla görüşdür. Yubileyimlə bağlı heç bir rəsmi bir şey yoxdur. Hələ 75 yaşa gəlib çatmaq lazımdır. Mən sadəcə həmin gün tamaşaçıların suallarına cavab verəcəm”.

Rasim Balayev səhhəti barədə də danışıb. Bildirib ki, son vaxtlar təzyiq problemi yaşayır:

“Kino, filmlər olsa özümü əla hiss edərəm. İşlər var, başımı qatıram. Amma film başqadır da. Bir az təzyiq problemim var. Başqa özümü 75 yaşda necə olursa, elə də hiss edirəm”.

Xatırladaq ki, “İticket.az” saytı Bakı Musiqi Akademiyasının Opera studiyasında Azərbaycanın xalq artisti Rasim Balayevin 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcəyi ilə baölı məlumat yayıb.

Məlumata görə, yaradıcılıq gecəsi 7 və 27 may tarixlərində 20:00-da baş tutacaq. Gecədə iştirak etmək üçün biletlərin qiyməti 10-39 manat arası dəyişir.