Qonşu ölkədə vəba aşkarlandı: ölən var, karantin elan edildi

Qonşu ölkədə vəba aşkarlandı: ölən var, karantin elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyindən bir şəxsin ölməsi ciddi problem və təşvişə səbəb olub.

Tribuna.az xəbər verir ki, söhbət araşdırma institutunun əməkdaşından gedir.

Məlumata görə, qadının vəba xəstəliyinə yoluxması nəticəsində həyatını itirməsindən sonra onunla təmasda olmuş ola biləcək təxminən 200 nəfər karantinə alınıb.

Hazırda mütəxəssislər mümkün təmas zəncirini müəyyənləşdirmək və infeksiyanın yayılmasının qarşısını almaq üçün ərazidə genişmiqyaslı tibbi yoxlamalar aparırlar.

Karantinə alınan şəxslərin səhhəti həkimlər tərəfindən nəzarətdə saxlanılır. Bölgədə epidemioloji araşdırmaların davam etdiyi bildirilir.

Gülşən Rəsul