Qazaxıstanın paytaxtı Nur-Sultan və Almatıda dollar və avro satışı dayandırılıb.
Qaynarinfo Kurs.kz saytına istinadla xəbər verir ki, valyutadəyişmə məntəqələri hazırda avro və rubl almır, satmır.
Respublika Milli Bankı izah edib ki, bu, valyuta bazarına və ölkədəki maliyyə sabitliyinə geosiyasi amillərin təzyiqini minimuma endirmək üçün müvəqqəti tədbirlərdir.
Bu gün Qazaxıstan da birja valyuta ticarətinin tam dayandırılması məsələsinə baxa bilər.
Belarusda isə avro 3,9 rubla, dollar isə 3,4 rubla yüksəlib. Milli Bank təcili olaraq ticarətin başlanmasını təxirə salıb.









