QALMAQALLI “SABAH RESİDENCE” ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERİLDİ

QALMAQALLI “SABAH RESİDENCE” ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah Residence” MTK məhkəməyə verilib.

Tribuna.az bildirir ki, işə iyunun 9-da Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmli sədrlik edib. İdidaçı Rzayev Asəfdir. O, müqavilədən irəli gələn öhdəliklər üzrə mübahisəni aydınlaşdırır. Bu şirkətdən sakinlərin də şikayəti olmuşdu. 2016-ci ildə Nazirlər Kabineti tərəfindən pilot layihə çərçivəsində Səbail rayonu, Xanlar küçəsində yerləşən yaşayış evləri ilə bağlı sərəncam verilib. Həmin sərəncamda Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən bina göstərilməyib. Sakinlər hesab edir ki, onların yaşadıqları küçə sənəddə qeyd olunan Xanlar küçəsi ilə horizontal yerləşdiyindən pilot layihəyə daxil edilə bilməz. Odur ki, Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən binaların sökülməsi sakinlərin təbirincə desək MTK əməkdaşlarının, özfəaliyyətidir.