Dünən özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Tribuna.az-a məlumat verən bina sakinləri bildirib ki, özünü yaşadığı evin balkonundan atan şəxsin 27-i yaşı olub. O qonşuluqda narahatlıq yaradan biri kimi tanınıb. Məlumata görə sözügedən şəxs bir neçə ay öncə bacısını bıçaqlayıb.
İntihar hadisəsinin isə hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Bakıxanov qəsəbəsinin Əhməd bəy Ağayev küçəsində çoxmərtəbəli yaşayış binasından kişi özünü atıb.
Gülşən Rəsul










