Oskanyan: “Paşinyan Ermənistanı xırda-xırda Azərbaycana təhvil verir”

Oskanyan: “Paşinyan Ermənistanı xırda-xırda Azərbaycana təhvil verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan sinəsində saxladığı Ermənistanı təbəqə-təbəqə doğrayıb Azərbaycana təhvil verir”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın keçmiş XİN başçısı Vartan Oskanyan deyib.

Onun sözlərinə görə, Ermənistandakı və diaspordakı hər bir erməni Azərbaycanın irəli sürdüyü “Qərbi Azərbaycan” ideyasına xüsusi diqqət yetirməli və əhəmiyyət verməlidir. “Bu, mücərrəd bir şey deyil, bu, Azərbaycanın ciddi bir planıdır və onlar bunu həyata keçirməkdə qətiyyətlidirlər. Onun həyata keçirilməsi bugünkü hakimiyyətin şərtləri altında daha real olur”.

Fərda Uğur