Müğənni Nura Surinin ailəsində yeni mərhələ başlayıb.
Tribuna.az xəbər verir ki, sənətçinin kiçik oğlu David təhsil almaq üçün Macarıstana gedib.
Nura Suri sosial şəbəkə hesabında oğlunun Budapeştdə təhsil alacağını açıqlayıb. O, David üçün xoş arzularını bölüşüb və onun yeni həyatına başladığını bildirib.
“Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun”, – deyə müğənni qeyd edib.
Qeyd edək ki, Nura Surinin üç oğlu var.










