İran və ABŞ sərhədlərə qoşun yığır: quru əməliyyatları başlayacaq?

İran və ABŞ sərhədlərə qoşun yığır: quru əməliyyatları başlayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə İran İraq və Türkiyə ilə sərhədlərinə xeyli sayda həbir qüvvə cəmləşdirib.

Tribuna.az xəbər verir ki, bundan öncə Tehran Pakistanla sərhəddə də “Fatimiyyun” qüvvələrini yerləşdirmişdi.

“Drop Site News” saytı isə yazır ki, ABŞ da bu əsnada sakit dayanmayıb. “Pentaqon Donald Trampdan “yaşıl işıq” gözləyərək İranla sərhəd zonasına fəal şəkildə qoşun cəmləşdirir. CENTCOM böyük hərbi əməliyyatları bərpa etmək üçün hər şeyi əldə edir”.

Qeyd edək ki, hər iki tərəfin atdığı addımlar quru əməliyyatlarının başlaya biləcəyi ehtimallarını artırır. ABŞ-ın İranla sərhəddə qoşun toplaması onların belə bir fikrə düşmələrini istisna etmir. İranın isə bunun qarşısını almaq üçün canlı qüvvə ehtiyatı yüksək qiymətləndirilir.

Fərda Uğur