Ermənilər yenə “fürsət” axtarırlar: Çələbyanın xülyası

Ermənilər yenə “fürsət” axtarırlar: Çələbyanın xülyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir neçə gün davam edən hicab müzakirələri ermənilərdə yanlış təsəvvür yaradıb.

Tribuna.az xəbər verir ki, bu ölkənin siyasətçiləri məsələni “ciddi siyasi böhran” kimi qiymətləndirirlər.

Onlar güman edirlər ki, guya, bu hadisələr rəsmi Bakının “zəifləmə”sinə gətirib çıxaracaq. Və bundan fürsət kimi istifadə edilməsini dilə gətirirlər. Məsələn, erməni siyasətçi Avetik Çalabyan deyir ki, guya, bu gün Azərbaycan çox ciddi daxili siyasi problemlərlə üzləşir. “Bunun fonunda ermənilər daha ciddi addım atmalıdırlar. Biz imkandan istifadə etməliyik”.

P.S. Ermənilər hər zaman fürsətdən istifadə edib, namərdlik ediblər. Lakin bu dəfə yanlış hesablama aparırlar. Əvvəla Azərbaycan daxilində hər hansı siyasi və ya dini problem yoxdur. Mövcud olan məsələlər də müzakirələrlə artıq həllini tapıb. İkincisi isə ermənilər bu dəfə hər hansı təxribat xarakterli addım atarlarsa, dövlətçiliklərini itirmiş olacaqlar.

Fərda Uğur