Misli Premyer Liqasının IX turunun növbəti oyunları bu gün keçiriləcək.
Tribuna.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Şəfa” “Kəpəz”lə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 16:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Misli Premyer Liqası
IX tur
24 oktyabr
16:30. “Şəfa” – “Kəpəz”;
19:00. “Neftçi” – “Turan Tovuz”.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.









