“Azərbaycanlı çoban Ermənistana keçdi, onu geri verdilər. Burada heç bir problem yoxdur”.
Tribuna.az xəbər verir ki, bunu “Güclü Ermənistan” Partiyasının funksioneri Narek Karapetyan deyib.
Lakin o, azərbaycanlı hərbçinin geri verilməsinə müqavimət göstərəcklərini iddia edib. “Amma Ermənistana sızmış azərbaycanlı hərbçi, əlbəttə ki, ekstradisiya edilməməlidir və ekstradisiya edilməyəcək. Onun ekstradisiyasının qarşısını almaq üçün bütün addımlarımızı atacağıq”.
Fərda Uğur









