Ukraynanın Xarkov şəhəri yaxınlığında raket hücumu zamanı sosial şəbəkədə canlı yayım açan qadının görüntüləri yayılıb.
Tribuna.az xəbər verir ki, hadisə Xarkov vilayətinin Pisoçin qəsəbəsində baş verib.
“The Sun” nəşrinin məlumatına görə, gənc qadın yaşayış binasının eyvanında canlı açarkən qəfil partlayış səsi eşidilib.
Güclü partlayış zamanı qadının evi dağılıb. Görüntülərdə ətrafa alovun yayıldığı görünür.
Hücum nəticəsində 19 yaşlı qadın, 51 yaşlı qadın və 16 yaşlı oğlan olmaqla, ümumilikdə üç nəfər həyatını itirib. Daha 22 nəfərin yaralandığı bildirilir.
Zərbə yaşayış binalarının və ərzaq mağazasının yaxınlığına düşüb. Hadisə yerində xilasetmə və təcili tibbi yardım xidmətləri fəaliyyət göstərib.
Videonu çəkən gənc qadının hücumdan sağ çıxıb-çıxmadığı barədə isə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Gülşən Rəsul









