Azərbaycan çempionatlarında 15 000-ci qol

Azərbaycan çempionatlarında 15 000-ci qol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionatları tarixində yüksək liqada 15 000-ci qol vurulub. 

Tribuna.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” – “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15 000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.