“Bank Respublika”da pul saxlayanlar daha az qazanacaq – faizləri endirdi

“Bank Respublika”da pul saxlayanlar daha az qazanacaq – faizləri endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Respublika” manatla müddətli əmanətlər üzrə bəzi faiz dərəcələrini aşağı salıb.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, 36 aylıq əmanətlər üzrə faizlərin müddətin sonunda ödənilməsi zamanı illik gəlirlilik 10,5%-dən 9,75%-ə endirilib. Bu, 0,75 faiz bəndi azalma deməkdir.

12–17 aylıq əmanətlər üzrə aylıq ödəniş zamanı illik faiz dərəcəsi 8,5%-dən 8%-ə, müddətin sonunda ödəniş zamanı isə 9%-dən 8,5%-ə düşüb.

24–36 ay intervalında göstərilən əmanətlər üzrə müddətin sonunda ödənilən faiz dərəcəsi də 10%-dən 9,75%-ə azaldılıb.

6–11 və 18–23 aylıq əmanətlər üzrə faiz dərəcələri dəyişməyib.

Fərda Uğur