Bakıda 3-cü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək

Bakıda 3-cü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”.

Tribuna.az xəbər verir ki, bunu oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

 

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

 

“Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

 

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

 

Xatırladaq ki, hazırda Bakıda “Xocəsən” və “Bakmil” adlı iki yerüstü stansiya fəaliyyət göstərir.