NÖVBƏDƏ TERRORÇULARIN QARABAĞDAN RƏDD EDİLMƏSİDİR – SİYASİ EKSPERT

NÖVBƏDƏ TERRORÇULARIN QARABAĞDAN RƏDD EDİLMƏSİDİR – SİYASİ EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini qurmasını terrorçu-kriminal ünsürlərin bütün nəfəslikərinin qapadılması kimi qiymətləndirmək lazımdır. Azərbaycan hakimiyyəti növbəti geosiyasi şəraiti dəyərləndirərək Laçın koridorunda nəzarət-buraxılış məntəqəsi qurmağa müvəffəq ola bildi. Ancaq bu da son deyil. Gedişat onu göstərir ki, prosesin ardı var.

Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Fuad Əliyev bildirib. O qeyd edib ki, növbəti mərhələdə silahlı ermənilərin bölgədən çıxarılması gəlir:

“Prosesin ardıcıllığına diqqət edək: Ordumuz Fərrux dağını, strateji yüksəklikləri nəzarətə götürdü, bala Göyçə gölünün sahilinə yaxınlaşdıq, Qarabağda torpaq yollar da olmaqla bütün yollar, keçidlər separatçılar üçün bağlandı, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırıldə…
Bu həm də onu deməyə əsas verir ki, növbəti mərhələdə silahlı ermənilərin bölgədən çıxarılması olacaq. Bir sözlə, separatçılar tərki-silah olunacaq, təslim olmayanların ya meyiti çıxarılacaq, ya da özləri çıxıb gedəcəklər. Biz 3 min şəhidi ona görə verməmişik ki, 10 min erməni terrorçusu, Araik və quldur dəstəsi orada daimi qalsın. Biz büdcədən pul ayırıb Ermənistanla Qarabağa birləşdirən yeni yolu ona görə tikməmişik ki, buradan silah-sursat daşınsın.
Rəsmi Bakı dinc erməni əhalisinə vətəndaşlıq təklif edir, lakin cəmiyyətimizin ürəyindən olardı ki, Qarabağ ermənisizləşsin. Yalnız bu halda əsl ədalət və dayanıqlı sülh ola bilər. Amma hər halda qarşıda bizi gözləyən prosesləri təhlil edəndə, belə qənaət hasil olur ki, Azərbaycan hakimiyyəti yeni addımlara hazırlaşır”.