Natiq Cəfərli: “Gəlin, zibili biznesə çevirək”

Natiq Cəfərli: “Gəlin, zibili biznesə çevirək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi açıqlamaya görə, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub. Tribuna.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.

Həmin məlumata görə, qurumun yığılmış zərəri  249 milyon manata çatıb.

Tribuna.az xəbər verir ki, REAL Partiyasının sədri Natiq Cəfərli bu məsələyə reaksiya verib. “Bu ASC tullantıların idarə edilməsi ilə məşğuldur və ziyanla işləyir. Dünyanın bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır. Hətta, İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı”.

O iddia edib ki, rəsmi dairələr bu sahəni də batırıb. “Bu gün ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini araşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, Mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar. Bu xidməti ya özləri həyata keçirsinlər, ya da yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər”.

O yekunda sual edib: “Təmiz Şəhər” ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq”.

Fərda Uğur