Rafiq Cəlilov Cəlilabad və Göytəpədə evləri təmir etdirə bilməyəcək

Rafiq Cəlilov Cəlilabad və Göytəpədə evləri təmir etdirə bilməyəcək 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Tribuna.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıədır.

Məlumatda qeyd edilir ki, tenderə əsasən Cəlilabad və Göytəpə şəhərlərində yaşayış binalarının əsaslı təmiri həyata keçirilməli idi. Cəlilabad İcra Hakimiyyəti bu işlərin görülməsi üçün 88 min 588 manatlıq büdcə nəzərədə tuturdu.
Xatırladaq ki, Cəlilabadın icra başçısı Rafiq Cəlilovdur.

Fərda Uğur