Murad Dadaşov Lalə Azərtaşdan Xoşqədəm düzəltdi – Zülfiyyə Qurbanova

Murad Dadaşov Lalə Azərtaşdan Xoşqədəm düzəltdi – Zülfiyyə Qurbanova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəqin xatırlayırsınız, “Səni axtarıram” 2015-ci ilə qədər ancaq axtarışlar təqdim edirdi. DNT analizi yalnız itkinlərin tapılmasında lazım olurdu.
Sonra noldu? Vüqar Qaradağlı çirkin ambisiyaları üzündən ATV-dən sıxışdırıb çıxardığı “Səni axtarıram”a rəqib olaraq kopya “yaratdı”.
Heç bir yerdən maliyyə dəstəyi almayan Xoşqədəm Baxşəliyeva layihəsinin efir məkanında sağ qalması naminə özünün kopyası ilə rəqabət aparmağa məcbur edildi.

Tribuna.az xəbər verir ki, bu sözləri yayımı dayandırılan “Səni axtarıram” verilişinin eksperti, jurnalist Zülviyyə Qurbanova bildirib. O qeyd edir ki,”Səni axtarıram”ın ANS-dəki efir həyatı kanalın bağlanması ilə sonlandı:

“Ölkənin ən reytinqli proqramı yaşamını Xəzər TV-də davam etdirməli oldu. Amma burada da ATV-dəki taleni yaşadı. Bu dəfə Murad Dadaşovun ambisiyaları ilə üz-üzə qaldı. Eynilə Vüqar Qaradağlı kimi…

“Səni axtarıram” Xəzər TV-dən üz döndərib ARB-də efir həyatını davam etdirmək qərarı verərkən, Dadaşov cənablarının qəzəbinə tuş gəldi. Efir məkanından silinməklə hədələnən layihə çətinliklə də olsa sağ qala bildi. Niyyəti baş tutmayan Murad Dadaşov bu dəfə tələm-tələsik “yaratdığı” kopya ilə “vurmağa” başladı.

“Təsir dairəsi”ndən “Səni axtarıram”, Lalə Azərtaşdan Xoşqədəm Hidayətqızı “düzəltdi”.

Şəxsən mənə çox maraqlıdır, “Maşın” realiti şousunun kopyası yaradılsaydı, Murad bəyin reaksiyası necə olardı?

Bu da maraqlıdır ki, müəllif hüquqları olan “Səni axtarıram” efirdən yığışdırılır, kopyası saxlanılır. Sizcə bu, ədalətsizlik deyilmi?!”.

Nigar İxtiyarqızı