Məzun gününə xərclənən milyonlar: “O pulları…” – Ekspert

Məzun gününə xərclənən milyonlar: “O pulları…” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məzun Gününə 100. 000 manatlarla pul xərcləyən universitetlər əmək bazarı üçün öz məzunlarını yaxşı kadr kimi hazırlayırlarmı, görəsən?

Tribuna.az xəbər verir ki, bu sualla təhsil eksperti Ramin Nurəliyev çıxış edib. Məzun günlərinə pullar xərcləyən universitetləri tənqid edən ekspert bildirib ki, o pullar təcrübə proqramlarına xərclənməli idi:

“O pulu tələbələrin təcrübə proqramlarına (praktika), maddi-texniki bazaya, labaratoriyalara sərf etsələr, ölkədə ixtisaslı mütəxəssislərin sayı çoxalardı.

Universitetin ilk qayəsi əmək bazarına kadr hazırlamaqdır, dəbdəbəli məzun günü hazırlamaq deyil”.

Xatırladaq ki, Bakı Dövlət Universiteti yacınlarda təşkil etdiyi məzun gününə
250 313,40 manat pul xərcləyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məzun gününə
182 851,03 manat,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
82 600 manat,
Azərbaycan Tibb Universiteti
20 000 manat,
1 nömrəli Bakı Tibb Kolleci
10 290 manat,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
6 966,72 manat,
Lənkəran Dövlət Universiteti isə məzun gününə
1 800 manat xərcləyib.

Ümumilikdə, yalnız açıq mənbələrdə açıqlanan bu yeddi təhsil müəssisəsi məzun günü tədbirləri üçün 554 min 821 manat 15 qəpik vəsait ayırıb.

Gülşən Rəsul